İspaniyanın "Atletiko" klubunun futbolçusu Tomas Parteyin evi qarət olunub. Matc.az xəbər verir ki, qanalı yarımmüdafiəçinin Boadile-del-Montedə yerləşən evi bir qrup şəxs tərəfindən soyulub.

Hadisə, Partey çempionlar Liqasının "Lokomotiv"lə oyunu üçün Moskvada olarkən baş verib.
 
Oğrular evdə olan bütün pulları və qiymətli əşyaları oğurlayıblar.
 
"Lokomotiv" – "Atletiko" oyunu bu gün, saat 23:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest