"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 7-ci turunda "Arsenal"la qarşılaşıb. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 1:1 hesabıyla bitən qarşılaşma "qırmızı şeytanlar"ın futbolçusu Pol Poqba üçün əlamətdar olub. 
 
Belə ki, qarşılaşmaya start heyətdə başlayan Poqba, 100-cü Premyer Liqa oyununu keçirib.
 
Fransız yarımmüdafiəçi 100 Premyer Liqa oyununda 24 qol vurub və 25 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest