"Neftçi"nin futbolçuları Soni Mustivar və Vild-Donald Gerye yenidən Haiti millisinə dəvət olunublar. Gerye bir müddətli fasilədən sonra yığmaya çağırılıb.

"Neftçi"nin futbolçuları Soni Mustivar və Vild-Donald Gerye yenidən Haiti millisinə dəvət olunublar. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Gerye bir müddətli fasilədən sonra yığmaya çağırılıb.

Mustivar və Gerye oktyabrın 10-da Kosta Rika ilə KONKAKAF Milli Liqası matçına, 15-də isə Boliviya ilə yoldaşlıq oyununa çağırılıb.

Qeyd edək ki, Mustivar Haiti millisinin heyətində 16 oyunda 2, Gerye isə 44 oyunda 11 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest