Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo müflis olub. Matç.az saytı xəbər verir ki, "Barselona"dakı çıxışı ilə əfsanəyə çevrilən cənubi amerikalının bank hesablarında vur-tut 24,63 real pul var.

Bu isə 6 avrodan da azdı. Braziliya prokurorluğu Ronaldinyonun hesablarına həbs qoyub, onun ödəməli olduğu cərimələri çıxartmağa çalışsa da, istəyinə çatıb.

Belə ki, sabiq futbolçu qardaşı ilə birlikdə mühafizə olunan ərazidə qanunsuz tikinti işləri apardığı üçün 2 milyon avrodan artıq ödəməlidi. Bu ilin fevralında karyerasını başa vurduğunu açıqlayan sambaçının və qardaşının pasportu əlindən alınmışdı. Buna səbəb onların cərimənin ödəməməsi idi.

Bu yaxınlarda reklam işləri ilə əlaqədar çin və Yaponiya səfərində olan futbolçunun maliyyə durumunun həqiqətən belə ağır olduğu şübhə doğurur. Bu yaxınlarda "Nike" şirkəti onun adını daşıyan ayaqqabılar da istehsal edib. Braziliya prokurorluğu  xeyli vəsaitə malik hesab etdiyi futbol veteranının pullarının izini axtarmaqda davam edir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest