Oktyabrın 2-dən 4-dək Avstriyanın Vyana şəhərində UEFA-nın bütün üzv assosiasiyalarının nümayəndələrinin iştirakı ilə UEFA-nın "Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play-i" mövzusunda seminarı keçiriləcək.

Matc.az xəbər verir ki, AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev və qrupun baş eksperti Bəhram Dadaşovun iştirak edəcəyi seminarda aşağıdakı mövzular müzakirə olunacaq:

- ötən lisenziyalaşdırma mövsümünün icmalı;

- UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play-i üzrə qaydalarında baş vermiş dəyişikliklər;

- UEFA tərəfindən hazırlanmış, Avropanı əhatə edən Lisenziyalaşdırma üzrə statistik hesabatın təqdimatı;

- Lisenziyalaşdırma üzrə qərarlar və müvafiq nəticələr.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest