AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında "Səbail"in futbolçusu Murad Məmmədovla bağlı qərar verilib. Matç.az xəbər verir ki, klubun ikinci komandasının üzvü I divizionun IX turunun "Zaqatala" ilə ev oyunundakı hərəkətinə görə cəzalanıb.

Matçın 55-ci dəqiqəsində qırmızı vərəqə alan, lakin meydanı tərk edərkən hakimə qarşı fiziki təzyiq göstərən futbolçunun bu hərəkəti  5 oyunluq cəzaya layiq görülüb. Futbolçusu hakimi döyən "Səbail" 400 manat ödəməli olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest