AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Matç.az saytı xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının VII turunun təxirə salınmış "Keşlə" – "Qarabağ" matçı, həmçinin X turunun görüşlərində yaşananlar müzakirə olunub.

"Qarabağ"la oyunun 88-ci dəqiqəsində ikinci sarı vərəqə alan "Keşlə"nin futbolçusu Samir Məsimov 1 matçlıq cəzalanıb, klub 200 manat cərimələnib.

"Zirə"ylə matçın 60-cı dəqiqəsində "Səbail"in futbolçusu Şəhriyar Rəhimov ikinci sarı vərəqə aldığına görə eyni cəza alıb.

Qeyd edək ki, Məsimov cəzasını arxada alan X turda başa vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest