Braziliyanın "San Paulu" klubunun sabiq futbolçusu Daniel Korreanın qətlə yetirməkdə ittiham olunan Edison Brittsin səs yazısı yayılıb. Matç.az xəbər verir ki, Braziliya mətbuatının əldə etdiyi növbəti audioya əsasən, futbolçu həqiqətən də bu şəxsin evində olub.

Daniel onun qızı Allananın 18 yaşını qeyd etdiyi tədbirə dəvət olunub. Edisonun səs yazısında da bu təsdiqlənib: "Allana 18 yaşını qeyd edirdi. Daniel uzun yol qət etmişdi ki, bu tədbirdə iştirak etsin. O, qızımı çox sevirdi".

Baş verənlər 18 yaşlı qızı da şoka salıb. İstintaq zamanı dindirilən Allana futbolçunu ad gününə dəvət etmədiyini bildirib. Bu üzdən də Danielin onlara qəzəbli gəldiyi ehtimal olunur.

Edisonun səs yazısında isə futbolçunun içkili olduğu əksini tapıb: "Qonaqlar heç nə bilmir. Onlar tez dağılışmışdılar. Bu zaman Daniel dostu və iki qızla gəldi. Mən də, o da içkili idik. Onlar bizim evdə yeyib-icməyə, qəlyan çəkməyə davam etdilər. Az sonra Daniel və dostları da getdi. Onun qətli faciədi".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest