çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"ın qonağı olacaq PSJ bu oyuna ciddi itkilərlə çıxacaq. Matc.az xəbər verir ki, Paris təmsilçisi səfərə bir neçə oyunçusundan məhrum yollanacaq.

Belə ki, aparıcı futbolçular Neymar, Edinson Kavani və Yulian Drakslerin adı iştirak ərizəsinə salınmayıb. Neymar və Draksler cəzalı durumdadısa, Kavani zədədən əziyyət çəkir.

Qeyd edək ki, sabah keçiriləcək "Qalatasaray" - PSJ oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest