"Real" kapitanı Serxio Ramosu uzun müddətli itirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb ulduz futbolçunun La Liqanın VII turunda "Atletiko" ilə qarşılaşmadakı davranışıdı.

Belə ki, oyunun gedişində Ramos hakimin ünvanına təhqiramiz ifadə işlədib. Yerli Nizam-İntizam Komitəsi mərkəz müdafiəçisini 4 oyunluq cəzalandırmağı planlaşdırır. Lakin "Atletiko" rəhbərliyi bununla bağlı rəsmi şikayət edib. Həmin anda baş hakim Ramosun sözlərini eşitməyib. Əgər futbolçunun söyüş söyməsi təsdiqini tapsa, 4 oyundan 12 matçadək cəzalandırılacaq.

Qeyd edək ki, "Atletiko" - "Real" görüşü qolsuz bərabərliklə tamamlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest