"Sauthempton" baş məşqçisi Mark Hyuzu istefaya göndərməyə hazırlaşır. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, ötən turda "Mançester Siti"yə böyükhesablı məğlubiyyət (1:6) rəhbərliyi özündən çıxarıb.

Bununla belə, Hyuza son şans verilib. "Müqəddəslər" əgər həftəsonu öz meydanlarında "Uotford"u məğlub edə bilməsə, o zaman çalışdırıcı qovulacaq. Bu ilin martında "Sauthempton"un "sükanı arxası"na keçən Hyuz son anda komandanı Premyer Liqada saxlamışdı. Baş məşqçi postuna namizədlər də artıq bəllidi. Uelsli mütəxəssis qovularsa, onu Sem Ellardays, Devid Moyes və ya Qordon Straçan əvəz edəcək.

Qeyd edək ki, "Sauthempton" 11 turdan sonra Premyer Liqada 16-cı pillədə qərarlaşır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest