Futbol üzrə Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Rubin"lə üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Ufa" 11 turdan sonra 15 xalla 16 kollektiv arasında 6-cı sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest