Futbol üzrə Lüksemburq çempionatında 7-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Düdelanj" da növbəti matçına çıxıb.
 
Sözügedən klub səfərdə "Viktoriya Rosport"la qarşılaşıb. Ağdam klubunun rəqibi bu görüşdən qələbə ilə ayrılıb – 7:0. Stolz, Muratoviç və Sinaninin dubla imza atdığı oyunda digər qolu Pokar vurub.
 
7 oyuna 7 xal toplayan "Düdelanj" hazırda 14 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
 
Lüksemburq təmsilçisi ilə "Qarabağ" arasındakı ilk oyun oktyabrın 3-də bu ölkədə baş tutacaq və saat 23:00-da başlayacaq. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 12-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest