"İnter"in baş məşqçisi Luçano Spalletti çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Barselona" ilə oyunöncəsi mətbuat konfransı keçirib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, italiyalı mütəxəssis onları ağır sınağın gözlədiyini söyləyib.

Spalletti rəqibin ünvanına tərif yağdırıb və səfər görüşündə gördüklərinə təəccübləndiyini vurğulayıb: "Nou Kamp"da gördüm ki, "Barselona"nın futbolçuları oyuna cəmi 10 dəqiqə qalmış meydana çıxıb isinmə hərəkətləri etdilər. O anda soruşdum ki, stadionun içində idman zalı varsa, biz də orda hazırlaşardıq. Ancaq belə deyilmiş. Bundan başqa, futbolçularım mənə dedilər ki, oyun günü "Barselona"nın oyunçuları övladlarının məktəblərinə gedərək onları evə aparıb, daha sonra avtomobilləri ilə stadiona gəliblər. Əgər biz də oyunlara bu cür hazırlaşsaq, 0:18 hesabı ilə uduzarıq".

Qeyd edək ki, "İnter" – "Barselona" oyunu bu gün keçiriləcək. Komandalar arasında İspaniyada baş tutmuş qarşılaşmada "Barselona" 2:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest