Rusiyanın futbol üzrə birinci divizionunda mübarizə aparan "Anji" klubu cəzalandırılıb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, FİFA-nın tələbi ilə Mahaçqala təmsilçisinin 6 xalı silinib. 
 
Buna səbəb, klubun keçmiş futbolçusu Yannik Boliyə olan borcunu ödəməməsidi.
 
Klubdan verilən açıqlamada, Boliyə borcun olduğunu inkar etmədiklərini, amma FİFA-nın qərarından təəccübləndiklərini bildiriblər.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest