Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanın "Tobol" klubunda uğurlu çıxışını davam etdirir. Matc.az xəbər verir ki, 25 yaşlı qolkiper cari mövsümdə ikinci dəfə quru seriya yaxalayıb.
 
Ardıcıl 8 oyundu qapısını toxunulmaz saxlayan Balayev komandasının turnir cədvəlinə başçılıq etməsində xüsusi pay sahibidi. O, sonuncu dəfə iyulun 28-də "Kaysar"la ev matçında topu tordan çıxarmalı olub - 0:2. Qolkiper artıq 699 dəqiqədi çərçivəni rəqiblərin üzünə bağlayıb. Balayev bununla cari mövsümdə özünə məxsus olan 683 dəqiqəlik rekordu yeniləyib. 
 
Qazaxıstan çempionatları tarixinin rekordu isə Sergey Boyçenkoya məxsusdu. "Kayrat"ın sabiq qapıçısı 2005/06 mövsümündə 921 dəqiqə qol buraxmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest