Fransa çempionu PSJ-nin zədəli futbolçuları Kilian Mbappe və Mauro İkardi sağalıb. Matc.az xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb. 
 
Hər iki hücumçu Liqa 1-in 8-ci turu çərçivəsində qarşılaşacaqları "Bordo" ilə oyunun heyətinə daxil edilib.
 
Mbappe avqustun 25-dən, İkardi isə sentyabrın 19-dan zədəli idi.
 
Bu gün keçiriləcək "Bordo" – PSJ matçına saat 19:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest