Bu gün UEFA Gənclər Liqasında növbəti oyunlara start veriləcək. Matç.az saytının məlumatına görə, iki gün ərzində çempionlar Liqasında IV turun görüşləri keçiriləcək, çempionlar yolunda isə II mərhələnin ilk qarşılaşmaları baş tutacaq.

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası sabah Almaniya "Herta"sı ilə üz-üzə gələcək. Yarışın tarixinə mərhələ keçən ilk Azərbaycan klubu kimi düşən "qırmızı-qaralar" ilk oyunu evdə keçirəcək.

Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17:00-da başlayacaq. Komandalar arasında cavab oyunu isə noyabrın 28-də Belində baş tutacaq.

Qeyd edək ki, "Qəbələ" I mərhələdə Moldova "Şerfi"ini mübarizədən kənarlaşdırıb – 1:1, 3:1.

UEFA Gənclər Liqası
çempionlar yolu
II mərhələ, ilk oyun
7 noyabr

17:00. "Qəbələ" – "Herta" (Almaniya)
Qəbələ şəhər stadionu. Hakimlər: Daniyar Saxi, Rustam Matyakubov, Maral Abdikerov (hamısı Qazaxıstan), İnqilab Məmmədov (Azərbaycan)
UEFA nümayəndəsi: Anna Aleksandra Raspopoviç (Monteneqro)
Hakim-inspektor: Fritz Stuchlik (Avstriya)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest