"İnter"n sabiq futbolçusu Fredi Quarinin yeni iş yeri məlum olub. Matc.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Vasko da Qama" klubuna transfer olunub. 
 
Bu barədə Braziliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Quarinlə 2019-cu ilin sonuna kimi müqavilə imzalanıb.
 
2012-2016-cı illər aralığında "İnter"də forma geyinən Quarinin son iş yeri çinin "Şanxay Şenxua" klubu olub.
 
Quarin 58 dəfə Kolumbiya milli komandasının şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest