İngiltərənin "Tottenhem" klubu futbolçusu Mussa Sissokonun müqaviləsinin müddətini uzadıb. Matc.az xəbər verir ki, 30 yaşlı fransız yarımmüdafiəçi ilə müddəti 2023-cü ilə qədər olan yeni sözləşmə imzalanıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
2016-cı ildən "Tottenhem"də forma geyinən Sissokonun əvvəlki müqaviləsi 2021-ci ilin yayına qədər idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest