"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger tezliklə yenidən iş başında ola bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Milan" təcrübəli mütəxəssisin xidmətində maraqlıdı.

Artıq bir neçə həftədi ki, tərəflər arasında danışıqlar gedir və Venger "rossonyerlər"in "sükanı arxası"na keçməyə razılıq verib. Onun tezliklə Cennaro Qattuzonu əvəzəməsi gözlənilir. Uğursuz çıxış davam edəcəyi təqdirdə, rəhbərlik qış fasiləsinə qədər Qattuzo ilə yollarını ayıracaq.

Qeyd edək ki, "Milan" hazırda A seriyasında 4-cü pillədə qərarlaşır və lider "Yuventus"dan 10 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest