"Mançester Yunayted" Premyer Liqanın VII turunda qarşılaşacağı "Arsenal"la oyuna ciddi itki ilə çıxacaq. Matc.az xəbər verir ki, müdafiəçi Fil Cons bu qarşılaşmanı buraxmalı olacaq.

İngiltərə yığmasının da şərəfini qoruyan 27 yaşlı futbolçunun oktyabrın ortalarına qədər meydana çıxmayacağı bildirilir.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Ola Qunnar Sulşer bu gün baş tutan mətbuat konfransında komandanın digər aparıcı futbolçusu Pol Poqbanın da "Arsenal"la görüşdə meydana çıxmasının sual altında olduğunu söyləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest