çempionlar Liqasının qrup mərhələsində II dövrəyə start verilib. Matç.az saytı xəbər verir ki, IV turun ilk oyun günündə 8 qarşılaşma baş tutub.

A, B, C və D qrupundakı komandalar növbəti matçlarına çıxıb. A qrupunda Dortmund "Borussiya"sı "Atletiko"ya uduzsa da, hər iki komanda 1/8 finala bir addım da yaxınlaşıb. "Monako"nu darmadağın edən "Brügge"nin liderlərə başağrı olacağı inandırıcı deyil.

B qrupunda "Barselona" ilk xal itkisinə üzülsə də,1/8 finala ilk vəsiqənin sahibi olub. Liderdən xal alan "İnter" 2-ci pillədə mövqeyini qoruyub. "Tottenhem" Keynin dublu ilə əzmkar qələbə qazanıb və şanslarını qoruyub.

C qrupunda isə durum daha da gərginləşib. "Srvena Zvezda"nın "Liverpul"la görüşdə sensasiyalı qələbəsi, "Napoli" ilə PSJ-nin heç-heçəsi 4 komandanın 2 xal intervalında qərarlaşmasına səbəb olub.

D qrupunda isə "Porto" və "Şalke" növbəti qələbəyə sevinib. "Qalatasaray"ın şansı artıq öz əlində deyil, "Lokomotiv" isə "Monako" və PSV kimi yalnız Avropa Liqasına ümid edə bilər.

UEFA çempionlar Liqası

Qrup mərhələsi, IV tur

6 noyabr

A qrupu

"Monako" (Fransa) – "Brügge" (Belçika) - 0:4
Vanaken, 12, 17-p., Uesli, 24, Vormer, 85

"Atletiko" (İspaniya) – "Borussiya" (Dortmund, Almaniya) - 2:0
Saul, 33, Qrizmann, 80

1.

Borussiya

4

3

0

1

8-2

9

2.

Atletiko

4

3

0

1

7-6

9

3.

Brügge

4

1

1

2

6-5

4

4.

Monako

4

0

1

3

2-10

1

B qrupu

"İnter" (İtaliya) – "Barselona" (İspaniya) - 1:1
İkardi, 87 - Malkom, 83

"Tottenhem" (İngiltərə) – PSV (Hollandiya) - 2:1
Keyn, 78, 89 - De Yonq, 2

1.

Barselona

4

3

1

0

11-3

10

2.

İnter

4

2

1

1

5-5

7

3.

Tottenhem

4

1

1

2

7-9

4

4.

PSV

4

0

1

3

4-10

1

C qrupu

"Srvena Zvezda" (Serbiya) – "Liverpul" (İngiltərə) - 2:0
Pavkov, 22, 29

"Napoli" (İtaliya) – PSJ (Fransa) - 1:1
İnsinye, 63-p. - Bernat, 45

1.

Liverpul

4

2

0

2

7-5

6

2.

Napoli

4

1

3

0

4-3

6

3.

PSJ

4

1

2

1

11-7

5

4.

Srvena Zvezda

4

1

1

2

3-10

4

D qrupu

"Porto" (Portuqaliya) – "Lokomotiv" (Moskva, Rusiya) - 4:1
Errera, 2, Mareqa, 42, Korona, 67, Otavio,90 - Farfan, 59

"Şalke" (Almaniya) – "Qalatasaray" (Türkiyə) - 2:0
Burqstaller, 4, Ut, 58

1.

Porto

4

3

1

0

9-3

10

2.

Şalke

4

2

2

0

4-1

8

3.

Qalatasaray

4

1

1

2

3-3

4

4.

Lokomotiv

4

0

0

4

1-10

0

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest