"Barselona"nın futbolçusu Lionel Messinin yenidən zədələndiyini xəbər vermişdik. Matc.az xəbər verir ki, bir müddət əvvəl zədə səbəbi ilə La Liqanın ilk 5 turunu buraxan argentinalı oyunçu, sağaldıqdan sonra 6-cı turun "Vilyarreal"la görüşündə (2:1) əsas heyətdə meydana çıxmışdı.
 
Qarşılaşmanın 46-cı dəqiqəsində sol ayaq əzələsini dartan Messi, meydanı tərk etmişdi. "Barselona"nın rəsmi saytı Messinin yenidən zədələndiyini açıqlayıb. 32 yaşlı oyunçunun sağalma müddəti isə bilinmir.
 
İspaniya mətbuatının xəbərinə görə, Messi La Liqanın 7-ci turunda "Xetafe" ilə oyunu buraxacaq. Argentinalının çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun "İnter"lə matçında iştirakı isə sual altındadı. Hücumçunun təxminən bir aya yaxın məcburi istirahət etməsi gözlənilir.
 
"Barselona" sentyabrın 28-də "Xetafe", oktyabrın 2-də isə "İnter"lə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest