Türkiyə PTT I Liqasında XI turun oyunları keçirilir. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvləri bu tur üz-üzə gəliblər.

Belə ki, "Gənclərbirliyi" – "Giresunspor" qarşılaşmasında birincilərdən Dəniz Yılmaz, ikincilərdən isə Ozan Can Kökcü iştirak edib. Dəniz 90+1-ci dəqiqədə meydana daxil olubsa, görüşə start heyətində çıxan Ozan 74-cü dəqiqədə əvəzlənib. Oyun isə meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Gənclərbirliyi" (31 xal) hazırda 1-ci, "Giresunspor" (14) isə 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest