Futbol üzrə İran çempionatında 5-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanın elitadakı təmsilçisi "Maşinsazi" də növbəti matçına çıxıb.
 
Təbriz klubu doğma meydanda "Şahin"lə qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdən qələbə ilə ayrılıb – 4:2.
 
Təbrizin daha məşhur "Traktor" klubu isə bu turda səfərdə "Saypa"nı 1:0 üstələyib.
 
"Traktor" hazırda 11 xalla 16 kollektiv arasında zirvəyə şəriklik edirsə, "Maşinsazi" 6 xalla 10-cudu.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest