Onun 61 və 68-ci dəqiqələrdə vurduğu qollar "Slaviya"ya 3 xal qazandırıb. Həmyerlimiz 89-cu dəqiqədə əvəzlənib.

çexiya gənclər liqasında XIV turun oyunları keçirilib. Matç.az saytının məlumatına görə, U-21 yığmamızın üzvü Fərid Nəbiyevin şərəfini qoruduğu "Slaviya" "Pribam"ın qonağı olub.

Ev sahibləri 3 dəqiqə ərzində vurduqları 2 topla önə keçsələr də, "Slaviya" əzmkar qələbə qazanıb. İlk hissədə fərqi minimuma endirən praqalıları məhz Fərid Nəbiyev xilas edib. Onun 61 və 68-ci dəqiqələrdə vurduğu qollar "Slaviya"ya 3 xal qazandırıb. Həmyerlimiz 89-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, aktivində 14 xal olan "Slaviya" turnir cədvəlində 10-cu yerdə gedir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest