Futbol üzrə Rusiya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Kazan "Rubin"i ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
 
Kamran bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Ximki" bu qələbə sayəsində 1/8 finala vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest