Futbol üzrə Rusiya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi "Spartak" da bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə aşağı liqa təmsilçisi "Kamaz"la üz-üzə gəlib. Moskva təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 2:1.
 
Ayaz bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Spartak" bu qələbə sayəsində 1/8 finala vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest