"Qarabağ"ın futbolçusu Simeon Slavçev Bolqarıstan millisinə dəvət alıb. Matc.az xəbər verir ki, bu barədə Bolqarıstan milli komandasının mətbuat xidməti məlumat yayıb.
Slavçev, Bolqarıstan millisinin Aç-2020-nin seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Monteneqro və İngiltərə ilə oyunlar üçün yığmaya çağırılıb.
Bolqarıstan milli komandası oktyabrın 11-də səfərdə Monteneqro ilə, oktyabrın 14-də isə Sofiyada İngiltərə yığmasıyla qarşılaşacaq.