Futbol üzrə İran çempionatında 5-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor" da növbəti matçına çıxıb.
 
Təbriz klubu səfərdə "Saypa" ilə qarşılaşıb. "Xəzər Lənkəran"ın türkiyəli sabiq baş məşqçisi Mustafa Dənizlinin çalışdırdığı "Traktor" bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Təbrizin digər təmsilçisi "Maşinsazi" isə sabah doğma meydanda "Şahin"lə üz-üzə gələcək.
 
"Traktor" hazırda 11 xalla 16 kollektiv arasında 1-ci, "Maşinsazi" isə 3 xalla 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest