Tomas Vermalen və Samuel Umtitinin zədələnməsi "Barselona"nı yeni müdafiəçi axtarışına vadar edib. Matç.az saytının "Mundo Deportivo"ya istinadən məlumatına görə, Kataloniya klubu qış fasiləsində bir mərkəz müdafiəçisi almaq niyyətindədi.

Baş məşqçi Ernesto Valverde siyahını artıq rəhbərliyə təqdim edib. İspaniya nəhənginin ilk hədəfi "çelsi"nin üzvü David Luizdi. Bundan başqa Branislav İvanoviç ("Zenit"), Benedikt Hövedes və Vedran çorluka (hər ikisi "Lokomotiv") da gündəmdə olan oyunçulardı.

Həmçinin Medhi Benatia ("Yuventus"), Dante ("Nitsa"), Adil Rami ("Marsel") və Joze Fonte ("Lill") alternativlər arasındadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest