İspaniya La Liqasının VI turunda "Osasuna" ilə qarşılaşacaq "Real"ın iştirak ərizəsi müəyyənləşib. Matc.az saytının məlumatına görə, baş məşqçi Zinəddin Zidan 5 futbolçunu oyunun heyətinə salmayıb.

Bunlar müdafiəçilər Ferlan Mendi, Marselo, yarımmüdafiəçilər İsko, Luka Modriç və hücumçu Qaret Beyldi. Adıçəkilən oyunçulardan yalnız Beylin zədəsi yoxdu. Ancaq çalışdırıcı uelsli forvarda "Atletiko" ilə keçiriləcək Madrid derbisi öncəsi istirahət verib.

Qeyd edək ki, bu gün keçiriləcək "Real" - "Osasuna" görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest