AFFA İntizam Komitəsinin bu gün baş tutan iclasında I divizionun IV turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul olunub. Matc.az saytının məlumatına görə, yenə komandalar həvəskar davranışların qurbanı olub.

"Sumqayıt-2" – MOİK və "Ağsu" – "Neftçi-2" görüşündə meydan sahibi olan komandalar protokolu vaxtında tərtib etmədiyindən, 80 manat cəriməyə məruz qalıblar.

"Turan Tovuz" – "Kəpəz" matçında birincilərin nümayəndəsi oyunöncəsi iclasa gecikdiyindən, eyni məbləğdə cərimə olunub. Eyni zamanda hər iki komanda azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsi ucbatından 80 manat cərimələnib.

III turun MOİK – "Keşlə" görüşündə isə MOİK oyunun videoçəkilişini aparmadığına görə 80 manat cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest