"Real" "Adidas" şirkəti ilə yeni sponsorluq müqaviləsi imzalayıb. Matç.az saytının "Marca"ya istinadən məlumatına görə, bu anlaşma "kral klubu"nun büdcəsini zənginləşdirəcək.

Belə ki, 10 illik müqavilənin Madrid klubuna qazandıracağı ümumi məbləğ 1,1 milyard avro olacaq. Komanda hər il büdcəsinə 110 milyon avro əlavə edəcək. "Real" titullar qazanacağı təqdirdə, bu məbləğ 150 milyona qədər arta bilər.

Qeyd edək ki, "Real" buna qədər "Adidas"la sponsorluq müqaviləsinə görə hər il 52 milyon avro qazanırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest