"çelsi" müdafiəçisi Emersonu itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, futbolçu Premyer Liqanın VI turunda "Liverpul"la keçirilən oyunda zədələnib.

Görüşün 15-ci dəqiqəsində Markos Alonso ilə əvəzlənən İtaliya millisinin üzvü təxminən 1 ay komandadan ayrı qalacaq. Bu isə o deməkdi ki, 25 yaşlı sol cinah müdafiəçisi çempionlar Liqasının qrup mərhələsinin "Lill" ilə II tur matçını, eyni zamanda İtaliya yığmasının gələn aykı oyunlarını buraxacaq.

Qeyd edək ki, "çelsi" - "Liverpul" oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest