Bolqarıstan yığmasının heyəti açıqlanıb. Matç.az saytının məlumatına görə, baş məşqçi Petar Hubçev UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək son oyunlara 27 futbolçu çağırıb.

Müntəzəm millidə yer alan "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev yenə dəvətlilər arasında var. O, Kipr və Sloveniya ilə qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, bolqarlar noyabrın 16-da Kipr, 19-da isə Sloveniya ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest