"Fənərbaxça" klubunun prezidenti Ali Koç Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılıb. Matc.az xəbər verir ki, federasiya tərəfindən ona 30 günlük cəza, 20 min TL məbləğində cərimə kəsilib. Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.
 
Cəzaya "Fənərbaxça" prezidentinin idmançıya yaraşmayan açıqlamalar verməsi səbəb göstərilir. 
 
Ali Koçla yanaşı, "Kayserispor"un vitse-prezidenti Mehmet çakmak da oxşar açıqlamalar səbəbi ilə 45 günlük cəzalandırılıb, 30 min TL cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest