Azərbaycan Premyer Liqasının V turunda "Zirə" ilə keçirilən oyunda zədələnən "Qarabağ"ın yarımmüdafiəçisi Xayme Romeronun durumuna aydınlıq gəlib. İspaniyalı futbolçu bu gün tibbi müayinədən keçib. 29 yaşlı vingerin çiyin bağlarından biri qırılıb, digəri isə zədələnib.

Azərbaycan Premyer Liqasının V turunda "Zirə" ilə keçirilən oyunda zədələnən "Qarabağ"ın yarımmüdafiəçisi Xayme Romeronun durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub feysbuk səhifəsi vasitəsilə yayıb.

Bildirilir ki, ispaniyalı futbolçu bu gün tibbi müayinədən keçib. 29 yaşlı vingerin çiyin bağlarından biri qırılıb, digəri isə zədələnib. Xaymenin 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə o deməkdi ki, futbolçu Avropa Liqasının qrup mərhələsinin "Düdelanj"la oktyabrın 3-də keçiriləcək II tur matçını böyük etimalla buraxacaq.

Xayme bu gün tibbi yoxlanış üçün İspaniyaya yollanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest