FIFA tərəfindən ilin ən yaxşı futbolçusu ilə bağlı aparılan sorğuda kimlərə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç və kapitanı Maksim Medvedevin kimlərə səs verdiyi müəyyənləşib. Matc.az saytının məlumatına görə, onların heç biri qalibin adını düzgün müəyyənləşdirə bilməyib.

Xorvatiyalı mütəxəssisin fikrincə, ilin ən yaxşısı Kriştianu Ronaldo olmalı idi. Qalib gələn Lionel Messinin ikinciliyə layiq bilən Yurçeviçin siyahısında ilk "3-lüy"ü Məhəmməd Salah qapayır.

Maksim Medvedev isə müdafiəçi Vircil van Deyki ilk sırada görüb. O, Məhəmməd Salahı ikinci, Matteys De Liqt isə üçüncülüyə layiq bilib.

Həmçinin azərbaycanlı jurnalist Rasim Mövsümov da səsvermədə iştirak edib. Həmkarımızın sıralaması belə olub: Vircil van Deyk, Sadio Mane, Məhəmməd Salah.

Qeyd edək ki, 46% faiz səs toplayan Lionel Messi 6-cı dəfə ilin ən yaxşı futbolçusu seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest