"Fiorentina" İtaliya A Seriyasının 4-cü turunda səfərdə "Atalanta" ilə qarşılaşıb. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 2:2 hesabıyla bitən görüş "Fiorentina"nın yeni transferi Frank Riberi üçün əlamətdar olub. 
 
Belə ki, 66-cı dəqiqədə fərqlənən Riberi, A Seriyasında ilk qolunu vurub.
 
Fransız futbolçu bununla da, İtaliya A Seriyasında qol vuran ən yaşlı legioner futbolçu olub. Riberi A Seriyasında debüt qolunu 36 yaş 168 günlüyündə vurub.
 
Riberi "Fiorentina"ya bu yay keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest