Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Rusiyanın Həştərxan şəhərində təşkil olunan "Caspian Cup-2019" turnirində İranla keçirilmiş oyundan sonra fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, braziliyalı mütəxəssis 2:2 hesabıyla bitən matçı belə şərh edib:
 
"Bu gün çox yaxşı oynadıq. Rəqibimiz son dünya çempionatının bürünc mükafatçısıdı, reytinq sıralamasında isə üst pillələrdə qırarlaşıblar. İlk oyunda ikinci hissəni yaxşı oynamışdıqsa, bu dəfə hər iki hissədəki çıxışımızdan razı qaldım. Narahat edən məqam yaratdığımız imkanları realizə edə bilməməyimizdi. 10 metrlik zərbəni vura bilmədik, əks-hücumlarda rəqibi azlıqda yaxalasaq da, üstünlüyümüzü qola çevirə bilmədik. Buna çox diqqət etməliyik. Rəqib son saniyələrdə qələbə topunu vurmağa yaxın oldu. Hələ görüləcək işlərimiz var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest