"Yuventus"un hücumçusu Mario Mandzukiç komandasını dəyişmək istəyir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu "qoca sinyora"dakı durumundan məmnun deyil.

33 yaşlı forvard artıq qış fasiləsində başqa komandaya keçməyi planlaşdırır. Xorvatiya millisinin sabiq üzvü gücünü İngiltərə Premyer Liqasında sınamaq niyyətindədi. Hətta buna görə, Qətər klubu "Əl-Rayan"ın ilinə 6 milyon avroluq maaş təklifini hələlik cavabsız qoyub. Onun xidmətində eyni zamanda MLS liqasında çıxış edən "Los-Anceles" də maraqlıdı.

Qeyd edək ki, Mario Mandzukiçin "Yuventus"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest