Mövsümə uğursuz başlanğıc edən "Barselona" indidən gələn mövsümün planlarını cızmağa başlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu "Napoli"nin iki futbolçusuna "elçi düşüb".

İspaniya nəhəngi neapolluların müdafiəçisi Kalidu Kulibali və yarımmüdafiəçisi Fabian Ruizi transfer etmək niyyətindədi. Hətta klubun texniki direktoru Erik Abidal "Napoli"nin "Leççe" ilə səfər matçını (1:4) tribunadan izləyib.

"Barsa" maliyyə feyr-pleyinə görə, qış fasiləsində onların keçidinə çalışmayacaq. Ancaq gələn ilin yayında bu iki transfer üçün 200 milyon avro ayrılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest