"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo komandanın cari mövsümdəki çıxışını dəyərləndirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis "qırmızı şeytanlar"ın bərbad mövsüm keçirdiyimi söyləyib.

O, buna görə, baş məşqçinin məsuliyyət daşıdığını deyib: "Mən "Mançester Yunayted"in problemləri ilə bağlı sualları cavablandıran adam deyiləm. Orda iki mövsüm keçirdim, bu müddət ərzində bir çox müsbət cəhətləri hiss etdim və klubu hara yönəldəcəyimi başa düşdüm. üçüncü mövsüm kifayət qədər yaxşı deyildi. Məni işdən azad etdilər və bəlkə də, buna layiq idim. çünki baş məşqçi kimi məsuliyyət daşıyırdım. Ancaq kədərli reallıq budu ki, indi "Mançester Yunayted" mənim vaxtımdakı ilə müqayisədə daha zəif görünür. İnsanlar vəziyyətdən həzz aldığımı düşünürlər, amma heç xoşuma gəlmir".

Qeyd edək ki, "Mançester Yunayted" hazırda 8 xalla 8-ci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest