Sözügedən kollektiv doğma meydanda sonuncu pillədə qərarlaşmış "Soçi" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.

Futbol üzrə Rusiya Premyer Liqasında 10-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda sonuncu pillədə qərarlaşmış "Soçi" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.
 
Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin forvardı yenə sonadək ehtiyatda qalıb.
 
"Dinamo" 10 turdan sonra 10 xalla 16 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest