"Barselona" La Liqanın 5-ci turunda səfərdə "Qranada"ya məğlub olub – 0:2. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi La Liqada 5 turdan sonra 7 xal toplaya bilib. 
 
Bu, "Barselona"nın son 25 ildə ən uğursuz startıdı. Kataloniya təmsilçisi sonuncu dəfə 1994/95 mövsümündə ilk 5 turda 7 xal toplamışdı.
 
Ernesto Valverdenin rəhbərlik etdiyi kollektiv 5 turdan sonra turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest