Futbol üzrə Türkiyə Super Liqasında 5-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, şənbə günü daha üç görüş baş tutub. 

"Kayserispor" – "Dənizlispor" matçında qalib müəyyənləşməyib. 

"Kasımpaşa" "Antalyaspor"u 3 cavabsız qolla məğlub edib. 

"Fənərbaxça" isə "Ankaragücü" ilə ev oyununda əzmkar qələbəyə sevinib.

Türkiyə Super Liqası
5-ci tur

20 sentyabr

Göztəpə – Konyaspor 1:0
Qol: A.öztürk, 76-pen.

21 sentyabr

Kasımpaşa – Antalyaspor 3:0
Qol: M.Pektemek, 53. Tiam, 60; 80.

Kayserispor – Dənizlispor 1:1
Qol: P.Enrike, 13 – Muravski, 74.

Fənərbaxça – Ankaragücü 2:1
Qol: Yorgensen, 20. Muriqi, 73 – Orgill, 16.

22 sentyabr

15:00 Rizəspor – Qazişəhər
17:30 Gənclərbirliyi – Alanyaspor
20:00 Yeni Malatyaspor – Qalatasaray

23 sentyabr

21:00 Beşiktaş – Başakşəhər
21:00 Sivasspor – Trabzonspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest