"Yuventus"un hücumçusu Qonsalo İquain daha uzun müddət komandada qala bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qoca sinyora" Argentina millisinin forvardına yeni müqavilə təklif edib.

Yeni baş məşqçi Mauritsio Sarri ona güvənir və əsas heyət üzvü qismində görür. Bu üzdən İquainlə 2021-ci ilin yayına qədər olan müqavilə müddətinin daha 1 il uzadılması planlaşdırılır. Ancaq futbolçu yalnız əsas heyət üzvü təminatı olacağı təqdirdə buna razılıq verəcək.

31 yaşlı forvard 2022-ci ildə də "Yuventus"dan "River Pleyt"ə keçməyi hədəfləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest