Bu gün futbol üzrə Azərbaycan I Divizionunda IV tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma baş tutub.

"Sabah"ın əvəzediciləri "Qaradağ Lökbatan"la ev oyunundan inamlı qələbə ilə ayrılıblar. "Zirə"nin əvəzedici komandası səfərdə "Zaqatala"nı minimal hesabla üstələyib. Beş qolun qeydə alındığı "Qarabağ-2" – "Səbail-2" görüşündə isə Ağdam klubunun əvəzediciləri əlavə vaxtda buraxdığı iki qolla məğlub olub.

I Divizion
IV tur

20 sentyabr

Sabah-2 - Qaradağ Lökbatan 2:0
Qol: Balamirzə Soltanov, 45+1. Cavid Nəcizadə, 90+6.
Hakimlər: Etibar Həsənov, Teymur Teymurov, Elxan Əsgərzadə, Vüqar Həsənli.
Binə qəsəbə stadionu.

Qarabağ-2 – Səbail-2 2:3
Qol: Musa Qurbanlı, 48. Toral Bayramov, 52 – Bahadur Həziyev, 59-pen. Vidadi Cəfərov, 90+2. Xəlil Bəşirov, 90+5.
Hakimlər: Fərid Hacıyev, Elşad Abdullayev, Rəhman İmami, Nicat İsmayıllı.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança).

Zaqatala – Zirə-2 0:1
Qol: Seyxan Fərəcov, 85.
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Namiq Hüseynov, Kamranbəy Rəhimov.
Zaqatala şəhər stadionu.

Turun digər oyunları: Sumqayıt-2 – MOİK 0:0, Turan Tovuz – Kəpəz 2:0, Ağsu – Neftçi-2 0:3.

 

1 Turan Tovuz 4 4 0 0 11-5 12
2 Səbail-2 4 3 0 1 9-6 9
3 Sabah-2 4 3 0 1 6-4 9
4 Neftçi-2 4 2 1 1 7-2 7
5 MOİK 3 1 2 0 5-4 5
6 Sumqayıt-2 4 1 2 1 3-4 5
7 Ağsu 4 1 1 2 5-8 4
8 Qarabağ-2 3 1 0 2 11-7 3
9 Zaqatala 3 1 0 2 3-4 3
10 Kəpəz 4 0 3 1 5-7 3
11 Zirə-2 4 1 0 3 6-13 3
12 Keşlə-2 3 0 2 1 5-6 2
13 Qaradağ Lökbatan 4 0 1 3 4-10 1

BOMBARDİR:

Musa Qurbanlı ("Qarabağ-2") - 4 qol
Tural Qürbətov (MOİK) - 3 qol
Tapdıq Əhmədov ("Zirə-2") - 3 qol
Bahadur Həziyev ("Səbail-2") - 3 qol
Əlibəy Məmmədli ("Neftçi-2") - 3 qol

 

Qeyd: İntizam Komitəsinin qərarına əsasən II turda "Sumqayıt-2" komandasına 0-3 hesablı texniki məğlubiyyət verilib

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest